Baş səhifə / Dünya / Lukaşenko, Putin və Nazarbayev Paşinyanın “qəlbini necə qırdılar”

Lukaşenko, Putin və Nazarbayev Paşinyanın “qəlbini necə qırdılar”

“Paşinyana dedik ki, belə bir mühüm qərar qəbul etməzdən öncə niyə bizə zəng vurub məsləhətləşmədin? Axı problemi biz yox, sən yaratmısan”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT baş katibi ətrafında yaranmış məsələyə aydınlıq gətirərkən deyib.

“KTMT baş katibi postuna pensiya yaşında olan məmurları deyil, gənc və talantlı generalları təyin etmək lazımdır. Biz bu yanaşmadan imtina etməliyik”- Lukaşenko qeyd edib.

O bildirib ki, Nikol Paşinyan KTMT-yə son baş katib seçilməsi məsələsində qalmqal salıb.

“Mən pensiya yaşında olan şəxsin KTMT-yə baş katib təyin edilməsinin əleyhinə çıxaraq, bu posta təyin olmaq üçün gənc generalın namizədliyini irəli sürdüm. Bildirdim ki, təşkilatın fəaliyyətinin səmərəliliyini, statusunu qaldırmaq üçün bu quruma gənc generallar rəhbərlik etməlidir. Təklif etdim ki, KTMT-yə baş katib postuna Belarusun təhlükəsizlik şurasının katibi, general Stanislav Zasın namizədliyini irəli sürürəm. Böyük potensiala, təcrübəyə malik qərargah işçisidir. O dövlət katibidir və onu bütün prezidentlər yaxşı tanıyır.

Təklif etdim ki, Stanislav Zas KTMT-yə üzv ölkələrə, o cümlədən Ermənistana səfər etsin və orada müzakirə aparsın. Siz onu qəbul etməyə hazırsınızsa, qulaq asın… Bəlkə siz onun namizədliyi ilə razılaşmayacaqsınız… Lakin siz onunla danışın.. Ola bilsin ki, o, digərlərinda daha yaxşıdır, hətta istənilən ermənidən. Niyə görə belaruslardan qorxursunuz? Biz ki, eyni insanlarıq.”

Belarus lideri onu da əlavə edib ki, KTMT baş katibi Yuri Xaçaturovun həbs etdirmək istəyəndə Paşinyana da zəng edib, onun həbs səbəbini soruşub:

“Soruşdum ki, niyə görə Xaçaturovu siyasi motivlərə görə həbs etmək istəyirsən. Dedim ki, siyasi motivlərlə həbs olunduğundan mövqeyiniz dəstəkləmirəm”.

KTMT-də baş verən intriqanın detallarını açıqlayan Lukaşenko deyib ki, bu məsələ KTMT və Avrasiya İqtisadi Birliyinin dövlət başçılarının Sankt-Peterburq sammitində mətbuatın iştirakı olmadan müzakirə olunub.

“Sankt-Peterburq sammitində mən, Vladimir Putin, Nursultan Nazarbayev Nikol Paşinyana sual verdik ki, belə bir məsuliyyətli, vacib qərar qəbul etməzdən öncə bizlərə zəng edib, məsləhətləşmədin. Odur ki, problemi biz yox, Paşinyan özü yaradıb” – Lukaşenko belə deyib.

İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …