Baş səhifə / Dünya / Poroşenko 30 il ana dilində danışa bilməyib

Poroşenko 30 il ana dilində danışa bilməyib

Ukrayna prezidenti Pyotr Poroşenko 1997-ci ildə qədər Ukrayna dilini öyrənə bilmədiyini etiraf edib. (red: Pyotr Poroşenko 1965-ci ildə doğulub).

Dnepr şəhərində tələbələr qarşısında çıxış edən Ukrayna lideri Odessa vilayətində yaşayan hər iki nənəsinin “surjik” dialektində (rus və Ukrayna dillərinin qarışığı) danışdığını söyləyib.

Poroşenko orta və ali təhsilini rus dilində alıb.

“Ürəyin istəsə, sən rahat şəkildə Ukrayna dilində danışa bilərsən, bax mən bunun bariz nümunəsiyəm”

P.Poroşenko bildirib ki, hazırda o dövlət dilində (Ukrayna dili) rus dilindən daha yaxşı danışır.

İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …