Baş səhifə / Dünya / “Facebook” İsrail liderinin oğlunu cəzalandırdı -Gözlənilməz…

“Facebook” İsrail liderinin oğlunu cəzalandırdı -Gözlənilməz…

Yair Netanyahu: “İxtiyar sahibi olsaydım, bütün müsəlmanları buradan köçürərdim…”

“Facebook” rəhbərliyi müsəlman və fələstinlilərə qarşı aqressiv postlarına görə İsrail Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahunun hesabını blok edib.

Moderator.az -ın verdiyi xəbərə görə, bu haqda “Nyu-York Tayms” (“New York Times”) nəşri məlumat yayıb.

İsrail tərəfindən işğal olunmuş İordan çayının Qərb sahilində iki yəhudi öldürüldükdən sonra B.Netanyahunun 27 yaşlı oğlu sosial şəbəkədə yaydığı statuslarında müsəlmanlara qarşı sərt və irqçi ifadələr işlədərək yazıb:

“İsrail və Fələstin torpaqlarında əmin-amanlığın yaranması üçün 2 yol var: “Ya bütün yəhudilər, ya da bütün müsəlmanlar bu torpaqlardan çıxıb getməlidir. Bu iki xalqdan biri bu coğrafiyanı tərk etməsə, sülh olmayacaq. İxtiyar sahibi olsaydım, ikinci variantı seçərdim. Bütün müsəlmanları buradan köçürərdim…”

Baş nazir oğlu digər ismarıçlarından birində fələstinliləri “bəbheybət” adlandıırb, digər birində isə İsraildə yaşayan müsəlmanların “çürüməsi”ni arzulayıb.

Fələstin müsəlmanları ilə yəhudilərin heç vaxt barışmayacağını düşünən Yairin sözləri bir çox müsəlman və digərlərinin etirazına səbəb olub. “Facebook” rəhbərliyinə şikayətlərdən sonra administrasiya öncə Y.Netanyahunun bir sıra qalmaqallı status və şərhlərini silib.

Lakin İsrail liderinin oğlu bununla dayanmayıb. O, silinmiş statuslarından birinin skrinşotunu paylaşıb və həmfikirlərini onu paylaşmağa çağırıb., Y. Netanyahu eyni zamanda “Tvitter”də də “fırtınalı” fəaliyyətini davam etdirib. Nəticədə, “Facebook” rəhbərliyi bir günlüyünə onun səhifəsini bloklayıb.

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …