Baş səhifə / Dünya / Meşədə “siqaret” çəkən fil görənləri heyrətə gətirdi – VİDEO

Meşədə “siqaret” çəkən fil görənləri heyrətə gətirdi – VİDEO

Hindistan heyvanları qoruma cəmiyyətinin alimləri və tədqiqatçıları Milli parkda “siqaret” çəkən dişi fil görüblər.

Moderator24.com xəbər verir ki, heyvanı izləyərkən alimlər belə nəticəyə gəliblər ki, dişi fil yerdə yanan ağac kömürünü götürüb ağzında soyudur, tüstünün bir hissəsini içərisinə, bir hissəsini də çölə buraxır.

Alimlər ilk baxışda zənn ediblər ki, fil ot yeyir, sonra filin ağzından tüstü buludu çıxdığını görüblər.

Alimlər qeyd edirlər ki, yanğından və ildırımdan sonra heyvanlar ağac kömürü yeməyə meyilli olurlar.

Xatırladaq ki, çeynənmiş ağac canlı orqanizm üçün xeyirlidir: toksinləri çıxardır və rahatladıcı xüsusiyyətə malikdir. Deməli, dişi fil də özünəməxsus şəkildə “siqaret” çəkib rahatlanırmış.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …