Baş səhifə / Dünya / ABŞ qoşunlarını Suriyadan çıxarmağa başladı – YENİLƏNİB

ABŞ qoşunlarını Suriyadan çıxarmağa başladı – YENİLƏNİB

ABŞ qoşunlarının Suriyadan çıxarılmasına başlanılıb.

Bunu Ağ evin rəsmi nümayəndəsi Sara Sanders bəyan edib.

“İŞİD üzərindəki qələbələr qlobal koalisiyanın fəaliyyətinin yaxud kampaniyasının başa çatması demək deyil. Biz bu kampaniyanın növbəti mərhələsinə keçməklə, ABŞ qoşunlarının evə qaytarılmasına başlamışıq”, – deyə o vurğulayıb.

***

ABŞ Suriya ərazisindən bütün hərbçilərinin çıxarılmasını planlaşdırır.

Bu barədə “Reuters” nəşri amerikalı məmurlara istinadən məlumat yayıb.

Bildirilir ki, bu, Suriya ərazisinin İŞİD terror qruplaşmasından təmizlənməsi üzrə keçirilən hərbi əməliyyatın başa çatması ilə əlaqədardır.

Nəşr yazır ki, əgər qərar qəbul edilsə, bu, Suriyada azad edilmiş ərazilərə terrorçuların qayıtmağının qarşısını almaq üçün ABŞ hakimiyyətinin bu ölkədə hərbi kontingentin saxlanılmasına dair planına ziddir.

Xatırladaq ki, dekabrın 16-da Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan etmişdir ki, ABŞ Suriyada hərbi kampaniyasını yekunlaşdırmağı planlaşdırır.

İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …