Baş səhifə / Cəmiyyət / Hansı dərmanları aptekdən alanda xəcalət təri tökürsünüz? – Ata kiçikyaşlı uşağı prezervativ almağa göndərir?

Hansı dərmanları aptekdən alanda xəcalət təri tökürsünüz? – Ata kiçikyaşlı uşağı prezervativ almağa göndərir?

İndi uşaqdan böyüyə hər kəs aptekə ayda 3-5 dəfə də olsa baş çəkir. Apteklərdə isə gündən-günə piştaxtalar yeni dərmanlarla dolub daşır.

Amma elə dərman və aptek yaranandan bəzi preparatlar var ki, elə yarandığı gündən pasiyentlər onu aptekdə əczaçıdan soruşmağa, almağa utanır, xəcalət çəkə-çəkə soruşublar.

Əslində əzcaçıdan utanmağa dəyməz, onsuz da dərmanın adını deyən kimi nə səbəbə aldığınızı bilir və bu onlar üçün tamamilə normal bir haldır.

İnsanların xəcalət təri tökərək aldıqları dərmanların siyahısını təqdim edirik.

1.Birinci yerdə təbii ki, qorunma vasitələri, viaqralar, həblər, prezervativlər durur. 60% insanlar bu vasitələri çəkinərək istəyir. Düzdür, əzcaçıların dediyinə görə, müasir gənc kişilər asanlıqla aptekə girib çəkinmədən eləcə ” rezin” deməklə nə istədiyini bildirir. Amma kişilər erektil disfunksiyanı artıran dərmanları utanaraq soruşur.

2.Dəri-zöhrəvi, veneroloji preparatlar – xüsusən kişilərə çox yazılan bu preparatları xəstəliyini bilən adam utana-utana aptekdə deyir. Resepti verəndə isə özü üçün yox, başqası üçün aldığını bildirir. Düzdür, bu fikrə artıq aptekdəkilər inanmır.

3. 18% insanlar hemorroy, qəbizlik, ishal əleyhinə dərmanları, sidikqovucuları soruşanda utanır. Çoxu uşaq üçün aldığını desə də, bu yanlışdır. Çünki uşaqlar üçün dərmanlar ayrı cür və ayrı dozada olur.

Rəyi soruşulanların arasında dərmanları alarkən daha az utanan təbəqə 60 yaşdan yuxarı təqaüdçülər idi.

Əgər aptek işçisi təkrar olaraq hansı problem üçün nə dərman lazım olduğunu eşitsə və bunu uca səslə soruşsa,alıcı ikiqat artıq stress və həyəcan keçirir və yenə də mızıldanaraq cavab verir.

Bəs bu komplekslərdən yaxa qurtarmaq üçün nə etməli?

Ən yaxşısı preparatın adını deməli, ya da sizə lazım olan dərmanın adını kağıza normal şəkildə yazıb, o qeydi əczaçıya uzatmalı. O zaman hər şey sakit və səssiz həll ediləcək. Əczaçılar çox vaxt böyük insanların bir çox dərmanları almaq üçün uşaqları aptekə göndərdiyini bildirir.

Uşaq isə heç nə bilmədiyindən utanmadan soruşa bilir. Aptek işçiləri çox zaman uşaqları əliboş qaytarmağa məcbur olurlar. Çünki olub ki, məhəllə aptekinə ata övladını pambıq, yod almaq adı ilə göndərib, əlavə prezervativ də yazıb verib ki, alarsan. Uşaq isə kiçik olduğundan onun nə olduğunu belə bilmir.

Ümumiyyətlə isə istənilən dərman vasitəsinin istənilməsi, alınması əczaçının diqqətini cəlb etmir. Əksinə alıcı utanması ilə diqqət çəkir. Aptekə hər hansı səbəbdən olursa-olsun çəkinmədən girib, utanmadan dərmanı alıb, başı uca çıxmaq lazımdır.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …