Baş səhifə / Cəmiyyət / Nazir Fəxrəddin Manafovun teatrdan işdən çıxmasına münasibət bildirib

Nazir Fəxrəddin Manafovun teatrdan işdən çıxmasına münasibət bildirib

Mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış kino və teatr aktyoru, xalq artisti Fəxrəddin Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrından işdən çıxmasına münasibət bildirib.

Ə.Qarayev Report-a açıqlamasında deyib ki, Mədəniyyət Nazirliyi məsələni nəzarətə götürüb, müəyyən addımlar atıb.

“Fəxrəddin Manafov Azərbaycanın tanınmış aktyorudur. Tənqiddən nəticə çıxarıldı, müəyyən addımlar atıldı. Artıq xalq artisti özü bu barədə qərar verəcək. Mən yaradıcı insana deyə bilmərəm ora get, bura getmə”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl xalq artisti F.Manafov çalışdığı Rus Dram Teatrından işdən çıxıb.

Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş vermişdi. Nazirlik aktyorun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq vermişdi.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …