Baş səhifə / Cəmiyyət / Həyatın kosmik mənşəli olması sübut olundu

Həyatın kosmik mənşəli olması sübut olundu

NASA alimləri ilk dəfə olaraq laboratoriyada kosmik mühit şəraitini yaradaraq DNT-nin tərkib hissəsi olan dezoksiriboza əldə ediblər.

Araşdırmaların nəticələri göstərir ki, həyatın mövcud olması üçün gərəkli olan orqanik molekullar əvvəlcə kosmosda yaranıb və daha sonra kometlərlə birlikdə Yer kürəsinə düşüb.

Bu haqda “Science News” nəşri məlumat verir.

Mütəxəssislər su və metanol qarışığını vakuum kamerasının içərisində -270C-yə qədər soyudublar. Bundan sonra onlar əldə olunan buzu ultrabənovşəyi şüalanmaya verərək ulduzlararası qaz və toz mühiti yaradıblar.

Kimyəvi analizlərin nəticələri göstərib ki, dondurulmuş suda və spirtdə dezoksiriboz şəkəri, həmçinin əvvəlki sınaqlar zamanı əldə edilmiş digər karbohidratlar yaranıb.

Məlumdur ki, şəkər kometlərin tərkibində olan formaldehidlə kimyəvi reaksiya nəticəsində yarana bilər. Lakin alimlər indiyə qədər əvvəllər əldə etdikləri birləşmələrdən daha az oksigen atomuna malik dezoksiribozanı əldə edə bilməmişdilər.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …