Baş səhifə / Cəmiyyət / Faciə davam edir: 12-ci süpürgəçi də dünyasını dəyişib

Faciə davam edir: 12-ci süpürgəçi də dünyasını dəyişib

Yol-nəqliyyat hadisəsi nəticəsində növbəti daha bir süpürgəçi qadın dünyasını dəyişib. Hadisə Sumqayıt şəhəri ərazisində baş verib.

Moderator24.com sputnik.az-a istinadən xəbər verir ki, bu barədə Sumqayıtın hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, insident dekabrın 21-də şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“VAZ-2104” markalı avtomobil küçədən keçən piyadanı – 54 yaşlı Bayramova Xeyransa Seyran qızını vurub. Qadının aldığı travma ölümcül olub və o, hadisə yerindəcə dünyasını dəyişib.

Daha sonra məlum olub ki, Bayramova Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin işçisidir.

Faktla bağlı araşdırma aparılır.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …