Baş səhifə / Dünya / “Pullar həqiqidir” – 2 milyon dollardan yolka qurdular – Foto

“Pullar həqiqidir” – 2 milyon dollardan yolka qurdular – Foto

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Neyva” bankının əməkdaşları pul dəstələrindən ibarət “yolka” qurublar. Bunun üçün 1,1 milyon avro və 1,2 milyon dollarlıq banknotlardan istifadə olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “E1” nəşri məlumat yayıb. Nəşr şəhərdə ən qeyri-adi ofis “yolkası” müsabiqəsi keçirir.

Bank əməkdaşları məhz bu müsabiqədə iştirak məqsədilə sözügedən “yolka”nı hazırlayıblar.

Bankdan “E1”ə bildiriblər ki, pullar həqiqidir və bu, şübhə doğurmamalıdır.

“Yolka”nın harda yerləşməsinə gəldikdə isə bankdan onun daxili kabinetlərdən birində yerləşdiyini deyiblər:

“Özünüz bunun nə qədər böyük bir məbləğ olduğunu başa düşürsünüz. Bu, bizim daxili zinətimizdir”.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …