Moderator24.com xarici mətbuata istinadən xəbər verir ki, Danimarkada, çoxdan tikilən bir obyektin tikintisi nəhayət başa çatıb.
Qeyr-adi bina Danimarkanın Vayle şəhərində yerləşir.
Çox ehtimal ki, yeni obyekt ölkənin əsas görməli yerlərindən biri olacaq. Qeyd edilir ki, evin quruluşu dalğaya bənzəyir və onu başqalarından fərqləndirir.
“Dalğa” yaşayış kompleksi dəniz körfəzinin sahilində inşa edilib. Bu da obyektin formasına tam uyğundur.
Bu evin tikintisi 2006-cı ildə başlanıb. Amma, sonralar maliyyə problemi üzündən məcburən tikinti işləri dayandırılıb.
Bütün bunlara baxmayaraq, 2015-ci ildə işlər yenidən başlayıb. Nəhayət, sakinlər çox gözəl görünən belə bir tikintidən ləzzət ala bilərlər.