Baş səhifə / Cəmiyyət / “Vasitəçilərdən imtina etməli, hərbi yola əl atmalıyıq, yoxsa…”

“Vasitəçilərdən imtina etməli, hərbi yola əl atmalıyıq, yoxsa…”

Sərdar Cəlaloğlu: “Qarabağla bağlı mövqeyimizi radikal şəkildə dəyişməsək, bu problem öz həllini tapmayacaq”

2018-ci il başa çatsa da, Azərbaycan ən başlıca problemi olan Qarabağ münaqişəsinin həllinə bu il də nail ola bilmədi. Bəs 2019-cu ildə bu problemin həlli perspektivi nə dərəcədə ümidverici görsənir?

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu problemin həlli üçün Azərbaycanın vasitəçilərdən imtina etməli, hərbi yola üstünlük verməli olduğunu qeyd etdi:

“Dağlıq Qarabağ sadəcə Ermənistan-Azərbaycan məsələsi deyil. Bu yeni dünya nizamının yaradılması, super güclərin təsir dairəsinin yenidən müəyyən edilməsi və s. kimi problemlərlə bağlıdır. Odur ki, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həlli mümkün deyil. Necə ki, biz Dağlıq Qarabağ probleminin Minsk qrupunun vasitəçiliyi ilə həll etməyə cəhd edirik, Rusiya, ABŞ, Avropa ilə danışıqlar aparmaqla problemi həll etmək istəyirik, bu problem həll olmayacaq.

Ta o vaxta qədər ki, Rusiya da, Amerika, habelə digər güclər bu bölgədə öz maraqlarını konkret olaraq təsbit və təmin etsinlər. Yalnız bundan sonra problemin həlli ilə bağlı Azərbaycanın leyhinə və ya əleyhinə konkret addım atacaqlar.

Bizim bir yolumuz var. Bu da vasitəçilikdən imtina, beynəlxalq hüquq çərçivəsində öz ərazilərimizi hərbi yolla azad etməkdir. Yalnız bu yolla biz Dağlıq Qarabağı qaytara bilərik.

Işğalçı Ermənistan vasitəçilərə məhəl qoymur. Ilhaq prosesi həyata keçirir, öz bildiyini edir. Azərbaycan tərəfi isə işğala məruz qalan tərəf olmasına baxmayaraq, vasitəçilərin dedikləri ilə oturub-durur.

Azərbaycan iqtidarının Dağlıq Qarabağla bağlı mövqeyi radikal şəkildə dəyişməsə, Dağlıq Qarabağ probleminin hər hansı bri formada həllindən danışmaq olmaz”.

Seymur ƏLİYEV

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …