Baş səhifə / Cəmiyyət / Avtomobilin bu növü ƏDV-dən azad olundu

Avtomobilin bu növü ƏDV-dən azad olundu

Ölkə prezidentinin təsdiqlədiyi və 2019-cu ildən qüvvəyə minəcək Vergi Məcəlləsində bir neçə maraqlı məqamlar var.

ƏDV-nin differensiallaşması ilə bağlı artıq ilk addım atılıb və elektriklə işləyən avtomobillər ƏDV-dən azad olunub.

Millət vəkili Tahir Mirkişlinin verdiyi məlumata görə, 2019-cu ildən etibarən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib. Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində rüsum ödəmək lazım olacaq.

Həmçinin, tibbi ləvazimatlara tətbiq edilən ƏDV differensiallaşdırılacaq.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibbi xidmətlərin göstərilməsinə və həmin xidmətlər çərçivəsində dərman vasitələrinin təqdim edilməsinə əlavə dəyər vergisinin həmin verginin Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş dərəcəsindən daha aşağı dərəcə ilə tətbiqi (differensial ƏDV-nin tətbiqi) ilə bağlı təkliflər hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …