Baş səhifə / Dünya / Həbibi İŞİD üzvü bilib saxladılar

Həbibi İŞİD üzvü bilib saxladılar

Rusiyanın sərhəd xidmətinin əməkdaşları rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu tanımayıb. Xarici görünüşünə görə onun İŞİD qruplaşması üzvü olmasından şübhələnərək dindirmək qərarına gəliblər.

Bu haqda “Ploxoy Leytenant” Telegram-kanalında məlumat yayılıb.

Nurməhəmmədov dağıstanlı dostları ilə birlikdə Türkiyəyə uçmaq istəyib, ancaq nəzarətçilər onun məşhur idmançı olduğunu bilməyərək sorğu-suala tutublar.

Əraziyə gələn əməliyyatçılar Nurməhəmmədovu tanıyaraq, onunla şəkil çəkdirib və sərhəd nəzarətindən qısa zamanda keçməsinə şərait yaradıblar.

“O Mişa və daha iki əməkdaşla şəkil çəkdirdi, qalanlarını söyüb başından elədi və Türkiyəyə uçdu”, – deyə Telegram kanalında yayılan məlumatda bildirilir.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …