Baş səhifə / Cəmiyyət / “2019-cu ildə Qarabağda yeni qarşıdurma riskləri çoxdur” – Separatçı rejim təşviş içindədir…

“2019-cu ildə Qarabağda yeni qarşıdurma riskləri çoxdur” – Separatçı rejim təşviş içindədir…

Rəsmi Bakı bu fürsəti dəyərləndirməlidir…

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim paralel olaraq Moskva və Paşinyan hakimiyyətinin təzyiqləri altında başını itirib. Qondarma rejim rəhbərliyi növbəti ildə Azərbaycanın torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlamasından ehtiyat edir.

Moderator.az-ın verdiyi son xəbərdən belə nəticəyə gəlmək olur. Separatçı qurumun oyuncaq başçısının “məsləhətçisi” kimi ortalığa atılan Tiqran Abramyan ad-soyadlı məxluq işğalçı ölkə jurnalistinin 2019-cu ildə yeni toqquşma ehtimalı olub-olmamasıyla bağlı sualına cavab verərkən müharibə qorxusunu etiraf edib.

“Yaxın günlərdə yeni bir toqquşmanın olacağını təxmin etmək bir az çətindir, lakin orta və uzun müddətli perspektivlərdə bir çox risklər var. Dağlıq Qarabağ məsələsində qarşıdan gələn görüşdən çox şey asılıdır. Səhv etmirəmsə, 2019-cu ilin yanvarında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bir müddət sonra isə məntiqlə dövlət başçıları səviyyəsində görüş keçirilməlidir. Hesab edirəm ki, yanvarın sonunadək, fevralın əvvəlində Qarabağ məsələsində mənzərə müəyyən dərəcədə ayd;n olacaq” – deyə, separatçı məmur bildirib.

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …