Baş səhifə / Cəmiyyət / Lotu Quli Bakıdadır, amma ev dustağı deyil – Nazirlikdən açıqlama

Lotu Quli Bakıdadır, amma ev dustağı deyil – Nazirlikdən açıqlama

Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.

Bu barədə məlumatı “Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb. Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Qeyd olunub ki, N.Səlifov ölkə ərazisində hansısa yeni cinayət törətməyib, bu səbəbdən də Azərbaycan onun ekstradisiyasını tələb edə bilməzdi.

Qeyd edək ki, bundan əvvəl bəzi yerli və xarici KİV-lər Qulinin Türkiyədə həbs olunaraq Bakıya gətirildiyi və ev dustağı edildiyi haqda məlumat yayıblar.

Dövlət Miqrasiya Xidmətindən isə bildiriblər ki, N.Səlifov deportasiya olunmayıb. Dövlət strukturunda qeyd ediblər ki, belə informasiyaya malik deyillər.

Ehtimal ki, Nadir Salifov Azərbaycana könüllü qaydada gəlib.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …