Baş səhifə / Cəmiyyət / Nazirdən pensiyalarla bağlı – MÜHÜM AÇIQLAMA

Nazirdən pensiyalarla bağlı – MÜHÜM AÇIQLAMA

2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. istisna olunmaqla, pensiya yaşına çatanların 70 faizinin pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə bir açıqlama verib.

Onun sözlərinə görə, pensiya yaşına çatan və fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınan (məbləğdən asılı olmayaraq) şəxslərə 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün avtomatik 25 il sosial sığorta stajı hesablanacaq ki, bu da 2006-cı ilədək 25 ildən az stajı olduğu üçün pensiya hüququ yaranmayan şəxslərin bu hüquqa malik olmasına şərait yaradacaq.

O bildirib ki, 2019-cu ildən Azərbaycanda pensiya yaşı tamam olan, pensiya hüququ qazanan şəxslərin 70 faizi heç bir sənəd toplamadan, heç bir idarəyə getmədən doğum günündə pensiya təyinatı alacaqlar:

“Ya SMS, ya email, ya da məktub vasitəsilə onlara bu barədə məlumat veriləcək. Onlara pensiyalarının məbləği, hansı bankdan kartlarını götürə biləcəkləri barədə məlumat veriləcək. Gələn il digər 30 faiz güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərlə bağlı da qanunvericilik bazasını hazırlayacağıq”.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …