Baş səhifə / Cəmiyyət / “Nazirliyinin idarə rəisi deyir ki, it əti də, eşşək əti də satmaq olar…”

“Nazirliyinin idarə rəisi deyir ki, it əti də, eşşək əti də satmaq olar…”

Qida təhlükəsizliyi problemi həmişə günümüzün aktual mövzularından biri olub. Bu gün böyük marketlərdə satılan ətlərin keyfiyyətindən şikayətlər var. Elə az öncə redaksiyamıza müraciət edən vətəndaş deyir ki, Hövsan qəsəbəsində yerləşən “Ballı” marketdən ət almışıq, amma bişmək bilmir, bişdikcə də bərkiyir. Bəs bü gün böyük marketlərdəki ət məhsullarına nəzarət olunurmu?

Moderator.az -ın suallarını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırıb.

Qurum rəhbəri deyir ki, marketlərdəki ət məhsullarına nəzarət yox dərəcəsindədir:

“Az öncə bir qadın da zəng vuraraq deyir ki, qəssabxanadan ət almışam, qoxu verir. Bu sahədə böyük problem yaşanır və bunlara nəzarət yoxdur. Azərbaycan paytaxtını sallaqxanaya döndəriblər. Səbəb də odur ki, əhali gözüylə gördüyü əti almaq istəyir. Nə qədər ki, “Qida Təhlükəsizliyi Agentliyi” və baytarlar insanların inamın qazanmayıb, Bakı sallaqxana olaraq qalacaq. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi deyir ki, it əti də, işşək əti də satmaq olar, bir şərtlə ki, gərək üstünə yazasan. Nazirlik içisinin belə bir çıxışından sonra əlbəttə ki, mənşəyi məlum olmayan at əti, eşşək əti marketlərə də, uşaq bağçalarına da yol tapır. Ona görə də xalq arasında belə bir məsəl var ki: “qoyunu soyanda, dərisinin altından baytarın möhürü çıxır”. Bakıda 11 kəsim yeri yaradılıb, amma bunların çoxuna ehtiyac yoxdur. Nə qədər ki, insanların inamı qazanılmayıb, bu belə də olacaq. Biz bu yaxında dönərxanaların monitorinqini də aparacağıq. Araşdıraq, görək bu ətlər hardan gətirilir”.

Vasif Əlihüseyn

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …