Baş səhifə / Cəmiyyət / “Qırmızı Kitab”a düşən maralı ovlayan şəxs tutuldu

“Qırmızı Kitab”a düşən maralı ovlayan şəxs tutuldu

Qəbələ rayonunda adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilməsi, əraziyə baxış zamanı isə kəsilmiş maral başı, iki ayaq və dəri aşkar edilərək götürülməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Dekabrın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib.

Qanunsuz ov etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakini Tehran Aydınlı saxlanılıb. Ondan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Rayon Polis Şöbəsində araşdırma aparılır.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …