Baş səhifə / Cəmiyyət / Xalq artistinin ayağı amputasiya edildi

Xalq artistinin ayağı amputasiya edildi

Ötən gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir.

Bu sözləri “Sputnik Azərbaycan”a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.

Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb:

“Atamın qanqrena olan ayağı son qərara əsasən, nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq hissədən amputasiya olunub. Hazırda yatır”.

Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …