Baş səhifə / Cəmiyyət / Bakıda kriminal “hesablaşma”da güllələnən gəncin fotoları

Bakıda kriminal “hesablaşma”da güllələnən gəncin fotoları

Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.

10 TO 170 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb.

Avtomobildə olan – 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib.

Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Minval.info xəbər verir ki, Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.

Dünyasını dəyişən Tural Babayevin fotolarını təqdim edirik:

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …