Baş səhifə / Cəmiyyət / Şuşadakı erməni tələbələr işğalçı əsgərlər üçün Yeni il konserti verdi- FOTOLAR

Şuşadakı erməni tələbələr işğalçı əsgərlər üçün Yeni il konserti verdi- FOTOLAR

Azərbaycan telekanalları isə gənclərimizi Şuşa uğrunda deyil, maşın uduşu uğrunda mübarizəyə həvəsləndirir…

Azərbaycanın 27-ci ildir ki, erməni əsarətində qalan Şuşa şəhərində separatçı rejimin yaratdığı və faktiki fəaliyyət göstərən “texnoloji universitet”in tələbələri qanunsuz, işğalçı hərbi hissələrdən birinə baş çəkib.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri məlumat yayıb. Erməni tələbələr Azərbaycan torpaqlarını tapdayan işğalçı əsgərlərlə görüş keçirib onlara hədiyyələr paylayıb və onlar üçün Yeni il konserti təşkil ediblər.

Şuşadakı erməni tələbələrin digər bir qrupu isə bu günlərdə işğal altındakı Laçın rayon mərkəzində yerləşən internat məktəbi ziyarət eidblər.

P.S. Bizim telekanallar isə gənclərimizi Şuşa, Qarabağ uğrunda deyil, maşın, lotereya, xaricə səyahət və s. uduşu uğrunda mübarizəyə həvəsləndirir…

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …