Baş səhifə / Cəmiyyət / Elçin Quliyev Ermənistanla sərhəddə – FOTO

Elçin Quliyev Ermənistanla sərhəddə – FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələrində olub, təmas xəttində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçularla görüşüb.

DSX-dən verilən məlumata görə, Elçin Quliyev “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında Sərhəd Qoşunları Komandanının və digər rəhbər vəzifəli şəxslərin məruzələrini dinləyib.

DSX-nin rəisi Qazax və Ağstafa rayonlarının əra¬zisində ərazi müdafiəsinin təkmilləşdirilməsi ilə yanaşı, müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində tikilən yeni xidməti binaların və əsgər kazarmalarının inşa vəziyyəti, məntəqələrdə quraşdırılmış modul tipli binalarda, səhra mətbəxlərində və səhra hamamlarında yaradılmış şəraitlə tanış olmuş, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərin gedişatını yoxlayıb.

Elçin Quliyev sərhəd döyüş məntəqələrində xidmət-döyüş fəaliyyətinin təşkilində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib, şəxsi heyətlə birgə nahar edib.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …