Baş səhifə / Cəmiyyət / Saakyan yenə də Paşinyanın “ayağına getdi”…-FOTO

Saakyan yenə də Paşinyanın “ayağına getdi”…-FOTO

Yəqin, Moskvadan “qazı alınmış” qayıtdığı deyilən Paşinyan Putinin acığını Saakyandan çıxıb…

Dekabrın 28-də Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq rəhbəri Bako Saakyan hələki işğalçı Ermənistanın lideri hesab edilən Nikol Paşinyanın hüzuruna yollanıb.

Moderator.az xəbər verir ki, bu haqda rejim başçısının Xankəndindəki “mətbuat xidməti” məlumat yayıb. İrəvanda keçirilən görüşdə “iki erməni dövləti”nin rəhbərləri 2018-ci ilin yekunları və 2019-cu ildə hər iki rejimin social-iqtisadi sahədəki strateji proqramlarından danışıblar.

Xatırladaq ki, dekabrın əvvəllərində də separatçı rəhbər işğalçı ölkə başçısının hüzurunda olub.

P.S. Çox güman ki, Putinin yanından “qazı alınmış” şəkildə “əliboş” qayıtdığı söylənilən Paşinyanla Saakyanın söhbəti əsasən Rusiya ilə münasibətlərlə bağlı olub…

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …