Baş səhifə / Cəmiyyət / “Dığalara Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik” – Cavid Qurbanov

“Dığalara Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik” – Cavid Qurbanov

“Biz işimizi vicdanla yerinə yetirməyə çalışdıq”.

Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə sürət qatarının hərəkətq başlaması münasibətilə keçirilən tədbirdə bildirib.

C.Qurbanov sürət qatarının ilk olaraq Gəncəyə gəlməsini böyük hadisə adlandırıb:

“Biz bununla kifayətlənməyəcəyik. Bu qatarla Türkiyəyə qədər gədəcəyik”.

Sədr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirə toplaşanları təbrik edib:

“Arzu edirəm ki, biz bu qatarla cənab prezidenrin başçılığı ilə Murovdan keçib Kəlbəcərə, Xankəndinə gedəcəyik. Biz o dığalara Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik”.

Tədbirdə həmçinin, Gəncə hadisələrində şəhid olan polis polkovniki İlqar Balakişiyevin oğlu lham Balakişiyev çıxış edib. Azərbaycan Dəmir Yollarının əməkdaşı olan İ.Balakişiyev bugünkü hadisənin nəqliyyat tarixində böyük əhəmiyyətə malik olduğunu bildirib.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …