Baş səhifə / Cəmiyyət / Putin Lukaşenkoya hokkey oynamağı təklif etdi

Putin Lukaşenkoya hokkey oynamağı təklif etdi

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüş zamanı onunla hokkey oynamaq və xizək sürmək barədə razılığa gəlib.

Rusiya lideri bunu Qırmızı meydanda “Gecə hokkey liqası”nın matçından sonra “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Putinin sözlərinə görə, o, Lukaşenkoya elə bu gün komandalardan birinin heyətində oynamağı təklif etsə də, qarşı tərəf imtina edib.

“Onu başa düşmək olar, tezliklə Yeni ildir, o dedi ki, Minskdə evində olmalıdır, orada xeyli məsəllər, cari işlər var. Yeni il ərəfəsində iş həmişə çox olur. Lakin biz görüşüb birgə oynamaq və xizək sürmək barədə razılaşdıq”, – deyə Rusiya lideri bildirib.

Daha əvvəl Rusiya prezidenti Qırmızı meydanda hokkey oynayıb.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …