Baş səhifə / Cəmiyyət / “Ağ canavar”ın uğurları…

“Ağ canavar”ın uğurları…

Bu gün polis, polkovnik-leytenant, 15 qat Azərbaycan çempionu, “ağ canavar” ləqəbli kikboksçu Eduard Tofiq oğlu Məmmədovun doğum günüdür. E.Məmmədov 1978-ci il yanvarın 2-də Bakı şəhərində anadan olub.

1993-cü ildən peşəkar kikboksla məşğul olan Eduard, 2008-ci ildə Polis Akademiyasını bitirib. Hazırda Daxili İşlər Nazirliyində işləyir. Milli Məclisin deputatı Adil Əliyevin başçılıq etdiyi Azərbaycan Kikboksinq Federasiyasının idmançısıdır. O, ilk qələbəsini 1995-ci ildə Azərbaycanda keçirilən ilk çempionatda qazanıb. Onun məşqçisi Azərbaycan Respublikasının əməkdar artisti Çingiz Eyvazovdur.

E.Məmmədov 1997-ci ildə Azərbaycan Respublikası, 1999-cu ildə isə beynəlxalq idman ustası adını alıb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə “Vətən uğrunda” medalı ilə mükafatlandırılıb. 2009-cu ildə ölkə başçısı tərəfindən qeyri-olimpiya növünün inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif edilib.

Eduard Məmmədov 15 qat Azərbaycan, 23 qat dünya və 7 qat Avropa çempionudur. Məşqçi kimi fəaliyyətinə isə 2000-ci ildən başlayıb. Onun tələbələri arasında dəfələrlə dünya və Avropa çempionu olan idmançılar var. Biz də Azərbaycanın bayrağını yüksəklərə qaldıran peşəkar idmançımızı doğum günü münasibəti ilə təbrik edirik.

Vasif Əlihüseyn

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …