Baş səhifə / Cəmiyyət / Zakir Həsənov: “Valideynlərə deyirəm ki, bura bir-birimizi tərifləməyə gəlməmişik”

Zakir Həsənov: “Valideynlərə deyirəm ki, bura bir-birimizi tərifləməyə gəlməmişik”

“Biz real vəziyyəti bilməliyik. Hərbi hissələrdə “Açıq qapı” günlərində valideynlərə müraciət edirəm ki, bura bir-birimizi tərifləməyə gəlməmişik. Məqsədimiz odur ki, problemlər aşkara çıxarılsın və həll edilsin”.

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O qeyd edib ki, həqiqətin üzə çıxarılması üçün Müdafiə Nazirliyi müxtəlif vasitələrdən istifadə edir: “Onlardan biri “etimad qutusu”nun olmasıdır. Yəni hər bir əsgər valideyni adını qeyd etmədən problem barədə məktub yaza bilər. Həmin məktubları Nazirliyin Baş İdarəsinin nümayəndələri götürə bilir. Biz komandirlərə inanırıq, amma real vəziyyəti də bilməliyik. İşimiz göz qabağındadır, üzüaçıq valideynlərin qarşısına çıxırıq. İşimizin nəticəsindən əminik. Real vəziyyətin ortaya çıxarılması Ali Baş Komandanın tələbidir. Azərbaycan xalqı çəkinən, qorxan xalq deyil, problem olanda üzə deyir”.

Nazir “Real tv”yə müsahibəsində media nümayəndələrinə də çağırış edib: “Hərbi hissələrdə həyata keçirilən işlər yüksək səviyyədədir. Amma tək-tük neqativ hallar da olur. Kimsə nöqsana yol verirsə, bunu bilməliyik, valideyn deməlidir, bu, bir xahişdir. “Açıq qapı” günləri 3 aydan bir keçirilir, özü də eyni hərbi hissələrə getmirik. Media nümayənədləri prosesə qoşulsunlar, nöqsan varsa, çəksinlər, amma doğru, düzgün təqdim etsinlər. Şəxsi münasibətlərə görə yalan yazmasınlar. Söhbət məndən, səndən, digərindən getmir. Söhbət Azərbaycan Ordusundan gedir, onlar həssasdılar, çünki düşmənlə üz-üzədirlər, gördüklərə işə qiymət verilməsini gözləyirlər. Ona görə həmişə deyirəm ki, müsahibə götürəndə, ilk növbədə, əsgərdən götürün. Əsas əsgərdir, əsgərsiz komandir də, general da olmaz. Xahiş edirəm ki, media nümayəndələri “Açıq qapı” günləri mən gedən hərbi hissəyə deyil, başqalarına baş çəksinlər. Kimsə fikirləşə bilər ki, nazir hara gedirsə, orada yaxşı şərait yaradılır…”

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …