Baş səhifə / Cəmiyyət / Türkiyə Azərbaycanın bu ölkədən aldığı silahların dəyərini açıqladı

Türkiyə Azərbaycanın bu ölkədən aldığı silahların dəyərini açıqladı

Azərbaycan 2018-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının alışını 85,7% artırıb.

Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə İxracatçılar Assambleyasının (TİM) məlumatında deyilir: “Əgər 2017-ci ildə Azərbaycanın Türkiyədən aldığı müdafiə və aviasiya məhsullarının qiyməti 34,143 milyon dollar təşkil etmişdisə, 2018-ci ildə bu göstərici 63 milyon 409 min dollara bərabər olub.

Ümumilikdə, Türkiyə ötən il 2 milyard 35 milyon dollarlıq müdafiə və aviasiya məhsulu ixrac edib ki, bu da bir il əvvəlki analoji göstəricidən 17% çoxdur.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …