Baş səhifə / Dünya / 11 il edamını gözlədi, axırda özünü öldürdü

11 il edamını gözlədi, axırda özünü öldürdü

Moderator24.com xəbər verir ki, Nevada ştatında təəccüblü hadisə baş verib. 48 yaşlı Skott Dozyer 2002-ci ildə adam öldürüb, istintaq zamanı məlum olub ki, o əvvəllər daha bir adamı da qətlə yetirib. Buna görə, 2007-ci ildə onu ölüm cəzasına məhkum ediblər.

Nevada qanunlarına görə edam iynə vurmaqla həyata keçirilir. Dozyer bütün apellyasiyalardan imtina edib və vəkilləri vasitəsilə çatdırıb ki, hökm icra olunsun.

2017-ci ilin noyabrınadək məhkəmə ölüm hökmünü qeyri-müəyyən müddətə təxirə salıb. 2018-ci ilin mayında qərara alıb ki, hökm icra olunsun, amma məlum olub ki, iynə üçün lazım olan komponentlərdən birini ştat qeyri-qanunu yolla əldə edib. Ona görə məhkəmə ölüm hökmünün icrasını yenə təxirə salıb.

İki gün əvvəl-yanvarın 5-də Dozyer kamerada ölü tapılıb. Həbsxana administrasiyası bildirib ki, o özünə qəsd edib. Dozyer ölümü gözləməkdən bezdiyini həbsxana işçilərinə söyləyirmiş.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …