Baş səhifə / Dünya / İsrail naziri İrana casusluğa görə 11 il həbs cəzası aldı

İsrail naziri İrana casusluğa görə 11 il həbs cəzası aldı

Israilin keçmiş naziri Qonen Segev bu gün İran lehinə casusluq etdiyi üçün 11 il həbs cəzası alıb.

Təqsirləndirilən şəxs məhkəmədə ittiham tərəfi ilə bağladığı sazişlə günahını etiraf edib.

“Jerusalem Post” qəzetinin verdiyi məlumata görə, Qonen Segev hökumətdə 1990-cı illərdə çalışıb. Onun 2018-ci ilin iyununda həbs olunduğu qeyd olunur.

Keçmiş nazir Nigeriyadan Ekvatorial Qvineya dövlətinə uçmaq istərkən yerli hüquq-mühafizə orqanları tərəfindən yaxlanıb və İsrail xüsusi xidmət əməkdaşlarına təhvil verilib.

İsrail əks-kəşfiyyaçtılarının verdiyi məlumata görə, Qonen Segev 2012-ci ildən İran kəşfiyyatı ilə əməkdaşlıq edərək onlara ölkə ilə bağlı müxtəlif məlumatlar ötürürmüş.

Q.Segev 1992-1996-cı illərdə Knessetin deputatı olub. 1995-ci ilin yanvarından 1996-cı ilin iyununa qədər isə o, ölkənin energetika və milli infrastruktur naziri vəzifəsində çalışıb.

Hələ 2005-ci ildə Segev Hollandiyadan narkotik gətirmək və diplomatik pasportu saxtalaşdırmaq üstündə məhkum edilsə də 2007-cildə azadlığa buraxılıb.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …