Baş səhifə / Cəmiyyət / Sağlam istirahət üçün dünyanın ən yaxşı şəhərləri açıqlandı

Sağlam istirahət üçün dünyanın ən yaxşı şəhərləri açıqlandı

Sağlam istirahət üçün dünyanın ən yaxşı 50 şəhəri siyahısına Paris başçılıq edir.

Bununla bağlı “Daily Mail” məlumat yayıb.

“TravelSupermarket” şirkətinin ekspertləri reytinqi hazırlayarkən parkların, idman zallarının, spa-salonlarının, yoqa studiyalarının, vegetarian restoranlarının və sağlam qida satan mağazaların, eləcə də, bir il ərzindəki günəşli günlərin sayını nəzərə alıblar.

Siyahının ilk üçlüyünə Tailandın Çianqmay və İspaniyanın Barselona şəhərləri daxildir.

Daha sonra Tailandın Pattaya kurortu və Kanadanın Vankuver şəhəri gəlir.

İlk onluqda Mayami (ABŞ), San-Fransisko (ABŞ), Lissabon (Portuqaliya), Denpasar (Bali, İndoneziya) və Buenos-Ayres (Argentina) də yer alıb.

İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …