Baş səhifə / Cəmiyyət / Bülbüloğlu Lavrovun təşkil etdiyi görüşə qatıldı

Bülbüloğlu Lavrovun təşkil etdiyi görüşə qatıldı

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun MDB dövlətlərinin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü təşkil olunub.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu də iştirak edib.

Görüşdə 2018-ci ildə birlik formatında çoxtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi istiqamətində görülən işlərə yekun vurulub, yaxın bir ildə MDB-də Türkmənistanın sədrliyi ilə xarici siyasi əlaqələndirmənin möhkəmləndirilməsi əsasında prioritetlər və mühüm vəzifələr müəyyən edilib.

İştirakçılar, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …