Baş səhifə / Cəmiyyət / Samir Şərifov: “Vergilər Nazirliyi büdcəyə 7,4 milyard manat köçürüb”

Samir Şərifov: “Vergilər Nazirliyi büdcəyə 7,4 milyard manat köçürüb”

2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444,0 milyon manat və ya 6,4 faiz çox icra edilib.

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244,0 milyon manat çox vəsait daxil olub.

Bu 2017-ci illə müqayisədə 825,0 milyon manat və ya 31,6 faiz çoxdur.

Nazirin sözlərinə görə, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub.

İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə 5,9 faizlik profisit əldə edilib. 2017-ci illə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub.

“2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 411 milyon manat və yaxud təsdiq olunmuş proqnoza nisbətən 262,0 milyon manat çox icra edilib. Dövlət büdcəsinin kəsiri 951,0 milyon manat proqnoza qarşı faktiki olaraq 644,0 milyon manat az olub və ya 307,0 milyon manatadək daralıb.

Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artımla icra edilməsi xüsusilə qeyd olunmalıdır. Bu daxilolmalar 9 milyard 10 milyon manat və yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207,0 milyon manat, 2017-ci illə müqayisədə isə 378,0 milyon manat və ya 4,4 faiz çox təşkil edib”.

S.Şərifov bildirib ki, dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 101,2 milyon manat vəsait daxil olub. 2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 719 milyon manat və yaxud 98,4 faiz icra edilib.

Buna da bax...

“Votsap” mesaj sayını məhdudlaşdırdı

Votsap göndərilən mesajların yönləndirilməsi zamanı təyin edilən limitdə dəyişiklik edib. Axar.az xəbər verir ki, bu …