Baş səhifə / Dünya / Türkiyədə qəzaya düşmüş maşına kömək etmək istəyənləri maşın vurdu: 2 ölü, 3 yaralı

Türkiyədə qəzaya düşmüş maşına kömək etmək istəyənləri maşın vurdu: 2 ölü, 3 yaralı

Türkiyənin Konya şəhərində yük maşını qəzaya uğrayıb.

İdarəetmənin itirilməsi səbəbindən aşan yük maşının sürücüsü yaralanıb.

Bildirilir ki, hadisənin şahidləri yaralı sürücüyə kömək etmək istəyərkən onları maşın vurub. İnsident nəticəsində yaralanan 5 nəfər hadisə yerinə gəlmiş təcili yardım briqadaları tərəfindən şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Məlumata əsasən, yaralananlardan 2-si xəstəxanayada dünyasını dəyişib. Yük maşınının sürücüsü və digər yaralanan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Sürücüyə kömək etmək istəyən insanları vuran avtomobilin sürücüsünün spirtli içki qəbul etdiyi müəyyən edilib.(Trend)

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …