Baş səhifə / Cəmiyyət / Rusiyanın Ermənistandakı 102-ci bazası general Rüstəm Muradova tabe olacaq…

Rusiyanın Ermənistandakı 102-ci bazası general Rüstəm Muradova tabe olacaq…

Rusiya prezidenti Vladimir Putin Rusiya Qəhrəmanı, general-mayor Rüstəm Muradovu Cənub Hərbi Dairəsinin komandanının müavini vəzifəsinə təyin edib.

Moderator.az xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Rusiya dövlət başçısı ötən il dekabrın 25-də müvafiq fərman imzalayıb.

Qeyd edək ki, 45 yaşlı Rüstəm Muradov Rusiyada kifayət qədər tanınmış və nüfuzlu generaldır. O, Dağıstanda anadan olub. Rusiya Qəhrəmanı adı ilə yanaşı, bir sıra hərbi kampaniyalarda fəal iştirakına görə çoxsaylı orden-medallarla təltif olunub. Onun adı daha çox ötən ilin payızında Rusiya hərbi qüvvələrinin Suriyada Dey-əz-Zor bölgəsinin “İŞİD” terrorçularından təmizlənməsi zamanı göstərdiyi fədakarlığa görə hallanıb. General R.Muradov hücum əməliyyatlarına nəinki öz komanda məntəqəsindən rəhbərlik edib, eyni zamanda şəxsən döyüş əməliyyatlarına qatılaraq tabeçiliyində olanlara şəxsi nümunə göstərib.

Yeni tapşırığına qədər general Muradov Volqaboyundakı Mərkəzi Hərbi Dairənin 2-ci ümumqoşun ordusuna komandanlıq edib.

P.S. Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci bazası da Cənub Hərbi Dairəsinə daxildir. Deməli, subordinasiya baxımından dağıstanlı general Rüstəm Muradov müəyyən məqamlarda işğalçı ölkədə baza komandanlığına göstərişlər verir.

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …