Baş səhifə / Dünya / İnsan bədənində yeni bir orqan kəşf edildi

İnsan bədənində yeni bir orqan kəşf edildi

ABŞ-lı mütəxəssislər insan bədənində yeni bir orqan kəşf ediblər.

Elm adamları bu kəşfin xərçəng xəstəliyinin bədəndə necə yayıldığını anlamağa köməkçi olacağına ümid edirlər.

Moderator24.com xəbər verir ki, tədqiqatçılar uzun zamandır bir-birinə bağlı olan toxumaların “interstisyum” adlı maye ilə dolu olduğunu və orqanizmin ən böyük orqanlarından biri olduğunu açıqlayıblar.

Dərinin altındakı bu maye eyni zamanda bağırsaq, ağciyər, damarlar və əzələlərlə zülallar vasitəsilə bir şəbəkə yaradır.

Kəşfi edən araşdırma qrupu bu mayenin toxumaları zədə almaqdan qoruduğunu da bildiriblər.

Kamran

Buna da bax...

Xəzərdə tapılan meyitlərin kimliyi müəyyənləşdi

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub. “Report”un yerli bürosuna məlumatına görə, …