Baş səhifə / Cəmiyyət / Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq – ƏMR VERİLDİ

Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq – ƏMR VERİLDİ

Təhlükəli hava şəraiti ilə əlaqədar Azərbaycanın təhsil müəssisələri iki günlük tətilə buraxılıb.

Bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Belə ki, C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq.

İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …