Baş səhifə / Flaş / “Qarabağ” Antalya toplanışına məğlubiyyətlə başladı

“Qarabağ” Antalya toplanışına məğlubiyyətlə başladı

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan klublarımız bu gün yoxlama oyunları keçirib.

“Səbail” Macarıstan “Akvital”ını 3:2 hesabı ilə üstələyib, “Sumqayıt” Qazaxıstanın “Jetısu” kollektivi ilə heç-heçə edib – 1:1.

“Qəbələ” Türkiyədəki ilk yoxlama oyununda Almaniyanın “Meppen” klubuna 1:2 hesabı ilə, “Qarabağ” isə Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə məğlub olub.

Azərbaycan Premyer Liqasının debütantı “Sabah” komandası toplanış çərçivəsində ikinci oyununa çıxıb. İlk yoxlama matçında Türkiyə “Əskişəhərspor”unu 1:0 hesabı ilə üstələmiş komandamız bu dəfə Qazaxıstan “Tobol”u ilə heç-heçə edib – 2:2.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …