Baş səhifə / Dünya / Azərbaycan XİN Sergey Lavrovun cavabını verdi

Azərbaycan XİN Sergey Lavrovun cavabını verdi

Biz Rusiya xarici işlər nazirinin öz vətəndaşının həbsi ilə bağlı məsələlərlə maraqlandığını anlayışla qarşılayırıq.

Bu barədə “Trend”ə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda həbs olunmuş erməni əsilli Rusiya vətəndaşı ilə bağlı ona ünvanlanan suala verdiyi cavaba münasibət bildirən Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Leyla Abdullayeva bildirib: “Eyni zamanda, Rusiya rəsmisinin öz vətəndaşı olan və Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülərək, qondarma məhkəmə qərarı ilə ömürlük həbs cəzasına layiq görülən Dilqəm Əsgərovun məsələsinə xüsusi maraq göstərəcəyini və onun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik”.

Qeyd edək ki, S.Lavrov Azərbaycanda həbs olunmuş erməni əsilli Rusiya vətəndaşı ilə bağlı suala cavabında “ümid edirəm ki, dialoq və hüquqi normalara əsaslanan qərarlar vasitəsilə hər kəsi qane edən nəticələrə gəlib çıxacağıq və bu vətəndaşı qaytara biləcəyik”-deyə bildirib.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …