Baş səhifə / Cəmiyyət / Ramil Şeydayev: “Özümü atam və babam kimi azərbaycanlı sayıram”

Ramil Şeydayev: “Özümü atam və babam kimi azərbaycanlı sayıram”

Millimizin və Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev vkonline.ru saytına müsahibə verib.

Hücumçu futbolçu ailəsində böyümədiyini bildirib.

“Atam yeniyetmə illərində Azərbaycanda futbol oynayıb, sonra orduya gedib. Bundan sonra isə futbol oynamayıb. Buna görə də, təbii ki, demək olmaz ki, o, futbolçu olub. Mən də bütün oğlan uşaqları kimi həyətdə oynamışam. Yəqin ki, hamı belə başlayıb. Daha sonra atam məni futbol bölməsinə qoydu. Əvvəlcə o qədər də güclü olmayan bir komandada idim. Sonra doqquz yaşımda “Zenit”in UGİM-də oynadım. Orda bu klubun əvəzedici komandasına keçənədək oldum”.

Ramil Şeydayev “Qarabağ”la Çempionlar Liqasında oynamasından, millimizin Avro-2020-nin seçmə mərhələ şanslarından, eləcə də, yığmada ehtiyatda qalmasından danışıb.

Ən sonda jurnalist Mariya Priyatkina ona belə bir sual ünvanlayıb:

“Ürəyində özünü kim hesab edirsən: rus, ya azərbaycanlı?”

“Atam və babam kimi azərbaycanlı. Ümumiyyətlə, mən yarı rusam, amma əsas ata ilə götürülür. Mən Rusiya azərbaycanlısıyam. Həmişə belə hesab etmişəm. Hətta Azərbaycan millisində oynamamışdan qabaq da. Azərbaycan dilini bilirəm, amma tam yox”.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …