Baş səhifə / Cəmiyyət / OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib

OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2019-cu il üçün gündəlik neft hasilatının orta qiymətinə dair proqnozunu əvvəlki 800 min barel səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, təşkilatın yanvar ayına aid olan hesabatındakı proqnozuna əsasən, cari ilin birinci rübündə Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq, ikinci rübündə isə 810 min barelədək artacaq.

Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış saziş çərçivəsində Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq öhdəliyini götürmüşdü.

Ötən ilin dekabrın 7-də Vyanada OPEC və qeyri-OPEC nazirlərinin V müşavirəsində 2018-ci il oktyabr ayı səviyyəsinə nisbətən gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılıq əldə edilmişdi. Yeni qərara əsasən, Azərbaycan 2019-cu ilin yanvar ayından gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …