Baş səhifə / Cəmiyyət / Tədrisin iki gün dayandırılması qış tətilindən çıxılacaq? – AÇIQLAMA

Tədrisin iki gün dayandırılması qış tətilindən çıxılacaq? – AÇIQLAMA

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir etməyəcək.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb:

“Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur”.

Qeyd edək ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …