Baş səhifə / Cəmiyyət / “Deyirlər, Putin gizlicə Kəlbəcərdəki qızıl mədəninə baş çəkib…”

“Deyirlər, Putin gizlicə Kəlbəcərdəki qızıl mədəninə baş çəkib…”

Qarabağa faktiki yiyələnmiş super güclər Azərbaycan xalqını o qızıl torpaqları birdəfəlik unutmağa hazırlayırlar…

Deyəsən, erməni faşistləri öz aləmlərində Qarabağa birdəfəlik, de-yure “yiyələnmək” üçün qərbpərəst hesab olunan Paşinyandan üz döndərib və yenə də Rusiya lideri Putindən mədət ummağa başlayıb…

Moderator.az xəbər verir ki, Rusiya nəşrlərindən birində Xankəndindən olan, amma adı çəkilməyən erməni bloger “Putin niyə Dağlıq Qarabağa gəlmir?” başlıqlı köşə yazıb. O, 2013-cü ildə erməni faşisti Zori Balayanın Putinə ünvanladığı açıq məktubundan söz açır. Həmin məktubda Balayan Rusiya prezidentindən Qarabağa gəlməyi və bu əraziyə sahib durmağı xahiş edirdi. Erməni qaniçəni yazırdı ki, Qarabağ əslində Ermənistanın yox, Rusiyanın problemidir. Guya Putin də həmin məktuba rəsmi cavab yazaraq bildirib ki, mən Qarabağa o halda gələcəyəm ki, yanımda Ermənistan prezidenti ilə yanaşı, Azərbaycan prezidenti də olsun…

Erməni bloger sual edir: “Bəs bizim qızıl dağların qızılı haraya axır?” Özü də cavab verir: “Hələ neçə illər əvvəl Qarabağdakı ermənilər deyirdi ki, bizim dağların qızılı Putinlə Köçəryanındır. Ona görə də Köçəryan Qarabağı müdafiə edir… Hətta bəziləri iddia edirdi ki, Putin nə vaxtsa gizlicə Drmbondakı(Kəlbəcər rayonunun Heyvalı kəndi-S.L.) qızıl yatağına da baş çəkib…”.

P.S. Erməni blogerin söylədiklərində gerçək payı da var. Azərbaycanın işğal altındakı torpaqları, Qarabağ doğrudan da qızıldır, onun dağları da qızıldır. Amma ermənilərin yox, bizim… O dağlarımızda qızıl da, gümüş də, mis də, molibden də, civə də, bəlkə də uran da var… Hələ digər yeraltı-yerüstü təbii sərvətləri, eləcə də o torpaqlarda hər şey var, yalnız biz yoxuq… Və o qızıl torpaqlara faktiki sahiblənmiş Putin və ya qeyrisi heç vaxt onları xoşhaxoşla Azərbaycana qaytarmaz… Əksinə, Azərbaycanı, onun ürəyi gerçəkdən də Qarabağla döyünən vətəndaşlarını tədricən yox etməyə çalışar… Son danışıqlardakı “xalqları sülhə hazırlamaq” ifadəsi beynəlxalq super güclər üçün Azərbaycana yanaşmada elə bu deməkdir… Yəni torpaqlarımızın sərvətlərinə yiyələnənlər onları axıradək sümürmək və biz türklərin, müsəlmanların sonuna çıxmaq üçün bizləri Qarabağı- o qızıl dağları birdəfəlik unutmağa hazırlayırlar… Zəngəzur, Göyçə, Basarkeçər, Dərələyəz və s. kimi…

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …