Baş səhifə / Cəmiyyət / Rusiya holdinqi Xankəndində separatçı rejimin “hökumət binası”nı bərpa etdi-FOTO

Rusiya holdinqi Xankəndində separatçı rejimin “hökumət binası”nı bərpa etdi-FOTO

Rusiyanın nəhəng və məşhur tikinti holdinqlərindən olan “Taşir” şirkətlər qrupuna daxil olan “Yevrostroy” şirkəti Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Xankəndi şəhərində qondarma separatçı-terrorçu rejimin “2-ci hökumət binası”nda bərpa işlərini tamamlayıb.

Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. 1960-cı ildə tikilmiş bina daxildən və xaricdən tamamilə yenilənib, bərkitmə işləri aparılıb.

Xatırladaq ki, Rusiya Federasiyası və MDB miqyasında fəaliyyət göstərən “Taşir” sənaye-tikinti şirkətləq qrupu 1999-cu ildə Moskvada erməni iş adamı Samvel Karapetyan tərəfindən təsis edilib. 200 şirkəti birləşdirən holdinqin 25 şəhərdə 45 mindən çox işçisi var. 2016-cı ilə olan məlumata görə, “Taşir”in illik dövriyyəsi 160 milyard rubldur(təxm. 4.5 milyard dollar, yaxud 4,1 milyard AZN) (http://www.tashir.ru/ ).

Rusiya holdinqi 15 ilə yaxındır ki, Ermənistanda və Azərbaycanın işğal altındakı torpaqlarında kifayət qədər tikinti, təmir və s. işlərini maliyyələşdirib və buna davam edir. Moderator.az “Taşir”in ötən ilin mayından başlayaraq Xankəndində keçmiş “Oktyabr” kinoteatrının yerləşdiyi 3500 kv.m-lik ərazidə ermənilər üçün böyük əyləncə mərkəzi tikməsi haqda da məlumat verib.

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …