Baş səhifə / Cəmiyyət / FHN Bakıda özəl klinikadakı yanğınla bağlı məlumat yaydı – YENİLƏNİB/VİDEO

FHN Bakıda özəl klinikadakı yanğınla bağlı məlumat yaydı – YENİLƏNİB/VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakıda özəl klinikanın yerləşdiyi binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Oxu.Az xəbər verir ki, məlumatda şəhərin Nərimanov rayonunda “Oksigen” klinikasının yerləşdiyi binanın dam örtüyünə quraşdırılmış reklam lövhəsinin 0,5 m² sahədə yandığı bildirilir.

Qeyd olunur ki, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Paytaxtın Nərimanov rayonunda özəl klinikalardan birində yanğın baş verib.

Oxu.Az-ın xəbərinə görə, hadisənin görüntülərini Baku TV saytı yayımlayıb.

Bildirilir ki, yanğın “Oksigen” klinikasının yuxarı mərtəbələrində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, alovun qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …