Baş səhifə / Dünya / Rusiyadan qorxulu silah – ABŞ-ı çaşdıracaq VİDEO

Rusiyadan qorxulu silah – ABŞ-ı çaşdıracaq VİDEO

Rusiya Müdafiə Nazirliyi qitələrarası ağır balistik raket Sarmatın testlərinin bir videosunu yayıb.

Moderator.az xəbər verir ki, 23 saniyəlik videoda raketin atıldığı göstərilir. Bu “Sarmatın” ikinci atış testidir. İlk atışı keçən il dekabr ayında keçirilmişdi.

Sergey Skripal və qızı Yulia Skripalın İngiltərədə zəhərlənməsindən sonra rus diplomatları deportasiya etmək qərarı alan bir çox Qərb ölkələri ilə yaşanan böhranın ardından Rusiyanın bu həmləsi olduqca maraqla qarşılanıb.

Rusiya Prezidenti Vladimir Putinin mart ayının əvvəlində Federal Məclisdə çıxışında dünyada bənzəri olmayan ən son Rus silah növlərindən bəhs etməsi dünyada böyük əks-səda doğurmuşdu.

Putinin tanıtdığı və dünyanın hər yerini vuracaqlarını dediyi, “ən yeni müdafiə sistemlərini dələrək, Şimal və Cənub Qütbünü vura bilərik” dediyi yeni raketlərdən biri də qitələrarası nüvə başlığı daşıya bilən Sarmat raketidir. ABŞ-dan isə hazırlq cavabı gəlmişdi.

Sarmat 10-20 arası nüvə başlığı daşıya bilir. Raketin hipersonik silah daşıma qabiliyyəti də var. 16 min kilometrdən 7 min kilometr sürətlə gedə bilir. 2020-ci ildə tam olaraq istifadəyə hazır olacağı gözlənilir.

Atma zamanı çəkisi 200 tona çatan Sarmat raketinin adı isə Tatar Türkcəsindən gəlir. Sonu olmayan, ölümsüz və sərhədsiz mənalarında istifadə edilən Sarmat, eyni zamanda, Tatarıstan və Osetiya regionlarında həm oğlan, həm də qız uşaqlarına verilən bir addır.

Dursun

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …