Baş səhifə / Dünya / Alimlər yaraları anında sağaldan proqramlaşdırılmış elastik yapışqan icad etdilər – VİDEO

Alimlər yaraları anında sağaldan proqramlaşdırılmış elastik yapışqan icad etdilər – VİDEO

Moderator24.com xarici mətbuata istinadən xəbər verir ki, tikişlər olmadan da yaranın ağzını tez bağlayan yüksək elastikli yapışqan “MeTro” cərrahi əməliyyatlarda istifadə olunacaq. Onun təcrübədən keçirilməsi Science Translational Medicine jurnalında Avstraliyanın Sidney universitetinin alimlərinin müəllifliyi ilə dərc olunub.

“MeTro”dakı zülallar ultrabənövşəyi şüaların təsiri ilə elastik, amma möhkəm maddəyə çevrilir. “MeTro” yaraya sürtüləndən sonra onu bir dəqiqənin içində bağlayır. Maddə bundan sonra tədricən sorulur və aralanmış parçalar bərpa olunur. Alimlər qeyd edir ki, bundan sonra cərrahların uzun müddət istifadə etdikləri tikişlərə və metal qövslərə ehtiyac olmayacaq Bundan başqa, yapışqan təcili hallarda, məsələn avtomobil qəzalarında əvəzedilməz olacaq.

Bu maddə yalnız orqanizmin üst qatında deyil, daxili orqanlarda-ürəkdə, ciyərlərdə və damarlarda aparılan cərrahi əməliyyatlardan sonra da istifadə oluna bilər.

Yapışqanın nadir xüsusiyyətlərindən biri də onun müəyyən müddətə qədər proqramlaşdırılmasıdır. Belə ki, yapışqanın sorulması bir neçə saat və ya bir neçə ay da davam edə bilər. Yapışqan bütün təcrübələrdən uğurla çıxıb.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …