Baş səhifə / Cəmiyyət / Azərbaycanda 3 Ermənistan vətəndaşı “Niva” ilə çaya düşüb öldü-FOTO-Yenilənib

Azərbaycanda 3 Ermənistan vətəndaşı “Niva” ilə çaya düşüb öldü-FOTO-Yenilənib

Ermənistan sakini Azərbaycanın 26-cı ildir ki, işğal altında qalan Kəlbəcər rayonu ərazisində avtomobillə qəza törədib.

Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkə saytlarından biri məlumat yayıb. Məlumata görə, yanvarın 20-də saat 22: 07-də ​ qondarma separatçı rejimin qanunsuz “fövqəladə hallar” qurumunun Kəlbəcər ərazisi üzrə şöbəsinə Kəlbəcər rayon mərkəzindən Zar kəndinə gedən yolun 12-ci kilometrində yol qəzası baş verməsi haqda informasiya daxil olub. Xilaskarlar yardım göstərmək üçün hadisə yerinə yollanıb.

Məlum olub ki, Ermənistanın Vayotz-Dzor mərzinin Qladzor kənd sakini O.Q. digər həmkəndlisi E.N. ilə birlikdə “Niva” markalı avtomobillə yoldan çıxıb və uçurumdan aşağıda axan çaya düşüb. Nəticədə sərnişin E.H. yerindəcə ölüb, O. Q. isə müxtəlif dərəcəli xəsarətlərlə Kəlbəcərdəki xəstəxanaya aparılıb.

Ermənistna KİV-də yayılan son məlumata görə, Kəlbəcərdəki bu qəzada erməni sürücü və digər həmkəndlisi də ölüb. Beləliklə, ölən ermənilərin sayı 3-ə çatıb.

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …