Baş səhifə / Cəmiyyət / Dünyada milyarderlərin sayı iki dəfə artıb

Dünyada milyarderlərin sayı iki dəfə artıb

Son on il ərzində dünyada milyarderlərin sayı faktiki olaraq iki dəfə artıb.

Bu barədə “Oxfam” beynəlxalq xeyriyyə və humanitar təşkilatının Dünya İqtisadi Forumu (Davos) ərəfəsində ictimailəşdirdiyi araşdırmanın nəticələrində deyilir.

Araşdırmaya görə, 2018-ci ildə Yer üzündə olan milyarderlərin sayı 2208 nəfər təşkil edib. 2017-2018-ci illər ərzində gündəlik olaraq bir yeni milyarder ortaya çıxıb.

Habelə, “Oxfam” bir qorxulu rəqəm də açıqlayıb: dünyanın ən yoxsul 3.8 milyard insanının maddi vəziyyəti ötən il ərzində yaxşılaşmayıb. Həmin insanların ümumi varidatı 26 ən zəngin insanın varidatına bərabərdir.

Tədqiqata əsasən, dünyanın ən zəngin insanı – “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun sərvəti 112 milyard dollara qədər çoxalıb. Həmin məbləğin 1 faizi 105 milyon əhalisi olan Efiopiyanın səhiyyə büdcəsinə bərabərdir.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …